Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil edilir

Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil edilir

Hörmətli xanımlar və cənablar,

Dünya Hemofiliya Günü dünyanın 147 ölkəsində qeyd edilir. Bütün dünyada olduğu kimi Azərbaycanda hər il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən bu gün müxtəlif tədbirlər çərçivəsində qeyd olunur.

Bu il Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Mirzə Ələkbər Sabir Fondu, Beynəlxalq Muğam Mərkəzi ilə bərabər dövlət qurumları, həkimlər və ictimai xadimlərin iştirakı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş Muğam konserti təşkil edir.

Məqsəd müxtəlif nadir qanın laxtalanma pozğunluqları il olan xəstəliklərə dövlət qurumlarının, həkimlərin və ictimaiyyətin diqqətinin cəlb edilməsi və bununlada keyfiyyətli müalicəyə nail olunmasıdır.

 

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Hemofiliya #PTİ #HemofiliyaAzərbaycan

Alt şəkillər

1712344998024311-800x500.jpg