Dünya Hemofiliya Günü ilə əlaqədar aprel ayı müddətində müxtəlif formatlarda silsilə tədbirlər keçirilir.
27 aprel 2025-ci il tarixində TƏBİB-in, Pirallahı Tibb Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə işçiləri Həmkarlar İttifaqının, Azərbaycan Əlil Velosipetçilərə Dəstək İctimai Birliyinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək.
Qeyd edək ki, bu formatda veloyürüş ilk dəfə keçirilir və keçiriləcək tədbirin məqsədi həkim və pasiyentlərin həmrəyliyini göstərmək və hemofiliyanın müalicəsində fiziki idmanın mühüm yer almasını nümayiş etdirməkdir.