Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirildi

Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirildi

11 aprel 2026-cı il tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr olunan gəzinti və ağacəkmə aksiyası təşkil edilmişdir.

Tədbir çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiya üzvləri üçün Zirə Eko Parkın ərazisindəki Xalça Muzeyi və Türk Dünyası Rəsm Qalereyasına ekskursiya təşkil olunmuşdur. Sonda Pirallahı Tibb Mərkəzinin heyəti və Assosiasiya üzvləri Zirə Eko Park ərazisində zeytun ağacları əkərək, ərazidə "Xatirə planeti" lövhəsini yerləşdirmişlər.

​Aksiyanın məqsədi qanın laxtalanma pozuntularından əziyyət çəkən insanların keyfiyyətli müalicələrinin vacibliyini gündəmdə saxlamaq və cəmiyyətin diqqətini bu xəstəliklərə yönəltməkdir.

Yuxarıda qeyd olunan ağacəkmə aksiyasından qısa video görüntünü sizə təqdim edirik.

 

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Hematologiya #Koaqulopatiya #Hemostaz #Hemophilia #Haemophilia #Pasiyent #17Aprel #DünyaHemofiliyaGünü #WHD2026 #WFH #EHC #HemofiliyaAzərbaycan