Dünya Hemofiliya Federasiyasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər heyətilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində görüş təşkil olunmuşdur

Dünya Hemofiliya Federasiyasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər heyətilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində görüş təşkil olunmuşdur

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının dəvətilə Dünya Hemofiliya Federasiyasının rəhbərliyi başda prezidenti Sezar Qarrido olmaqla Azərbaycana işgüzar səfər etmişlər.

2 iyun 2023-cü il tarixində Dünya Hemofiliya Federasiyasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər heyətilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində görüş təşkil olunmuşdur.

Görüş zamanı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri cənab Zaur Əliyev hemofiliya xəstəliyinin müalicəsi sahəsində dövlət qayğısı və son 2 ildə icbari Tibbi Sığortanın rolu haqqında qonaqlara geniş məlumat vermişdir.

Dünya Hemofiliya Federasiyasınin prezidenti Sezar Qarrido pasiyentlərin keyfiyyətli müalicəyə nail olmaq , müasir elektron məlumat bazasının olmasının vacibliyini və Dünya Hemofiliya Federasiyasının üçtərəfli əməkdaşlığa hazır olduğunu bildirdi.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlərin stomatoloji xidmətin xidmətlər zərfinə daxil edilməsinin vacibliyini, Tibbi Genetik Laboratoriyaya əlçtanlığının təmin ediləsinin vacibliyini, müassir elektro məlumat bazasının yaradılması və laboratoriyanın aktiv fəaliyyətinin vacibliyi haqda məlumat verdi.

Dünya Hemofiliya Federasiyası 50dən çox ölkənin istifadə edtdiyi müassir məlumat bazasının modelini aidiyyəti dövlət qurumuna təqdim edəcəyini bildirdi.

Yekunda birgə iş birliyi üçün gələcək layihələr planlaşdırıldı.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #PTİ #WFH #Hemofiliya #Koaqulopatiya #Hematologiya #İTS #TƏBİB

Alt şəkillər

1686089460989874-800x500.jpg
1686089460995120-800x500.jpg
1686089461001240-800x500.jpg
1686089461007559-800x500.jpg
1686089461023816-800x500.jpg
1686089461023900-800x500.jpg