Dünya Hemofiliya Federasiyasının  Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüş təşkil olunmuşdur

Dünya Hemofiliya Federasiyasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüş təşkil olunmuşdur

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının dəvətilə Dünya Hemofiliya Federasiyasının rəhbərliyi başda prezidenti Sezar Qarrido olmaqla Azərbaycana işgüzar səfər etmişlər.

1 iyun 2023-cü il tarixində Dünya Hemofiliya Federasiyasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər heyətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində görüş təşkil olunmuşdur.

Görüş zamanı, Azərbaycanın səhiyyə naziri cənab Teymur Musayev hemofiliya xəstəliyi multidisiplinar yanaşma tələb etdiyini, onun müalicəsi daha kompleks şəkildə aparılmasının vacibliyini bildirilmişdir.

Dünya Hemofiliya Federasiyasınin prezidenti Sezar Qarrido pasiyentlərin keyfiyyətli müalicəyə nail olmaq üçün dövlət səhiyyə qurumlarının ixtisaslaşmış pasiyent təşkilatları ilə əməkdaşlığın vacibliyi və faydalı olması barədə məlumat verdi. Bundan başqa Dünya Hemofiliya Federasiyasının prezidenti üçtərəfli əməkdaşlığa hazır olduqlarını bildirdi.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlərin həyati vacib dərman preparatları olan VII faktor konsentratlarının əlçatanlığı və pasiyentlərin registrinin təkmilləşməsi haqda məlumat verdi.

Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Teymur Musayev Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynova qısa zamanda təkliflərin hazırlanmasını tapşırdı.

Yekunda birgə iş birliyi üçün gələcək layihələr planlaşdırıldı.

 

#Səhiyyə #Sağlamlıq #Pasiyent #PTİ #WFH #Hemofiliya #Koaqulopatiya #Hematologiya #İTS #TƏBİB

Alt şəkillər

1685747219373249-800x500.jpg