DHF-in HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATIN 3-cü nəşri tam hazırlandı

DHF-in HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATIN 3-cü nəşri tam hazırlandı

Hörmətli xanımlar və cənablar.

DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATIN 3-cü nəşri tərəfimizdən rəsmi icazəsi alınaraq tərcümə, redaktə və çap edildi.

212 səhifəlik kitabın tərcüməsinə, redaktəsinə, elektron dizayn işlərinə 1 il vaxt sərf etdik.

Çəkilən əziyyət mütləq pasiyentlərin müalicəsində öz faydasını verəcək, buna əminik.

Əziyyətimizi qiymətləndirdiyinə görə dövlət səhiyyə qurumlarına təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, TƏBİB-in təşkilatçılığı ilə 21 noyabr 2023-cü il tarixində Yeni Klinika Tibb Mərkəzində DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATIN ölkə üzrə hematologiya sahəsində çalışan həkimlərin iştirakı ilə təqdimatı keçiriləcək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

TƏBİB

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Hemofiliya #WFH #PTI

Alt şəkillər

170085090897886-800x500.jpg