Bu ilin şüarı — “Diaqnoz: müalicəyə aparan ilk addımdır”

Bu ilin şüarı — “Diaqnoz: müalicəyə aparan ilk addımdır”

17 aprel 2026-cı ildə qlobal irsi qanaxma xəstəlikləri icması bütün xəstəliklərin müdafiəsi məqsədilə Dünya Hemofiliya Günündə bir araya gəlir.

Bu ilin şüarı — “Diaqnoz: müalicəyə aparan ilk addımdır” — diaqnozun keyfiyyətli müalicə və qayğıya gedən yolda nə qədər vacib bir mərhələ olduğunu xüsusi vurğulayır.

Ümumdünya Hemofiliya Federasiyasının (WFH) hesablamalarına görə, dünyada hemofiliya və digər qanın laxtalanma pozuntuları olan insanların dörddə üçündən çoxuna hələ də diaqnoz qoyulmayıb. Bu isə o deməkdir ki, yüz minlərlə insan müalicəyə çıxış imkanından məhrum qalır.

Səhiyyə işçiləri arasında davamlı təcrübə mübadiləsinin gücləndirilməsi və laboratoriyaların effektivliyinin artırılması diaqnostikanın əlçatanlığının təmin edilməsi üçün son dərəcə vacibdir.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemostaz #Hemofiliya #Koaqulopayita #HHPA #WFH #17Aprel #DünyaHemofiliyaGünü

Alt şəkillər

1774437154171462-800x500.jpg