18.04.2024-24.04.2024 tarixlərdə keçirilən Dünya Hemofiliya Konqresində (Madrid , İspaniya) iştirak edən Ayaz Huseynovun layiqli təmsilçiliyi Birliyin idarə heyəti tərəfindən dəyərləndirilib və yüksək qiymətləndirilib.
Dünya Hemofiliya Federasiyasının Azərbaycandan yeganə üzvü və təmsilçisi Hemofiliyalı Xəstələr İctimai Birliyi və idarə heyətinin sədri Ayaz Hüseynov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə olan səfəri barədə hesabatına nəzər yetirsək aşağıda qeydləri qənayət bəxş edir:
1. Dünyanın 102 ölkəsindən qatılan Assosiasiya rəhbərləri üçün keçirilən Qlobal Təlimdə təcrübə mübadiləsi zamanı bildirildi ki, Azərbaycan Respublikasının dövlət səhiyyə qurumları və Assosiasiya xəstə vətəndaşların sağlamlığının qorunması üçün vəhdət təşkil edir.
2. Dünya Hemofiliya Federasiyasının Azərbaycanın həqiqi üzvü Hemofiliyalı Xəstələr İctimai Birliyinin fəaliyyətini Federasiyanın prezidenti Sezar Qarrido yüksək qiymətləndirmişdir.
3. Konqress zamanı Ayaz Hüseynov tərəfindən yeni əlaqələr qurmuş, illər boyu dost təşkilat rəhbərləri və həmkarlarla görüşlər keçirmiş, və yeni layihələr haqqında müzakirələr aparmışdır.
4. Konqress zamanı təşkil olunan Farmaseptik Şirkətlərin səgisində yeni dərman preparatları haqqında məlumat almışdır.
5. Pasiyent Təşkilatları üçün keçirilən Qlobal Təlimdən sonra Ümumdünya Hemofiliya Konqresi öz işinə başlamış və həkim, alim, pasiyent və onların ailə üzvlərindən ibarət 147 ölkədən iştirakçı qatılmışdır. Qeyd edək ki, konqresdə iştirakçıların sayı 3.000 ötmüşdür. Burada Ayaz Hüseynov müxtəlif elmi sessiyalarda iştirak etmiş və dünyada inkişafda olan tibb elminin nailiyyətlərinə dair dəyərli məlumatlar almışdır.
Bunlardan:
● A və B Hemofiliyanın müasir müalicəsi;
● Gen terapiyası və əldə olunan nailiyyətlər;
● Müasir müalicədə tətbiq edilən uzun müddətli dərman preparatları;
● Villebrand xəstəliyindən əziyyət çəkən pasiyentlərə yeni yanaşma və dərman preparatının seçimi;
● Laxtalanma pozğunluqlarının müalicəsində müasir protokolların tətbiqi və sair mövzular olmuşdur.
Əldə olunan bilgilər hemofiliya və digər qanın laxtalanma pozğunluqlarının müalicəsini yeni və müasir mərhələyə çıxarmağa zəmin yaradacaq.
#Səhiyyə #Sağlamlıq #Hemofiliya #Koaqulopatiya #Hematologiya #Hemofiliya Azərbaycan