Avropa Hemofiliya Konsorsiumunun keçirdiyi  konfransda Azərbaycandan Hemofiliya Assosiasiyasının rəhbər heyəti iştirak etdi

Avropa Hemofiliya Konsorsiumunun keçirdiyi  konfransda Azərbaycandan Hemofiliya Assosiasiyasının rəhbər heyəti iştirak etdi

6-9 oktyabr 2022-ci il tarixində Danimarkanın Kopenhagen şəhərində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 1999-cu ildən rəsmi üzv olduğu və özündə 40-dan çox ölkəni özündə birləşdirən Avropa Hemofiliya Konsorsiumunun  konfransı keçirilmişdir. 

Azərbaycandan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbər heyəti keçirilən konfransda iştirak etmişlər. Ümumilikdə konfransa 48 ölkədən 300-dən çox iştirakçı qatılmışdır. 

İştirakçılardan Pasient təşkilatlarının rəhbər heyətləri və dünya şöhrətli alimlər iştirak etmişlər. Konfransın əsas mövzularından Ultra nadir xəstəliklər, orda və yüngül formalı koaqulopatiyalar, Von Villebrand xəstəliyi, qadınlarda koaqulopatiyalar, qara ciyərin sağlamlığının qorunması, gen terapiyasında yeni nəaliyyətlər, yeni kliniki müalicədə əvəzedici və qeyriəvəzedici terapiya haqqında alimlər tərəfindən çıxışlar edildi. 

Bundan başqa Avropa Hemofiliya Konsorsiumunun yalnız üzv təşkilatlarının rəhbərləri ilə baş Assambleya keçirilmişdir və cari məsələlər müzakirə edilmişdir.

 

Paralel olaraq 8 oktyabr 2022-ci il Avropa pasient təşkilatları ilə Dünya Hemofiliya Federasiyasının sessiyası keçirildi. Sessiyada Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov iştirak etdi. Sessiyada yaxın gələcəyə olan Federasiyanın fəaliyyəti, pasient təşkilatlarına verilə biləcək töhfə və digər səhiyyə sağlamlıq sahəsində birgə mümkün əməkdaşlıqlar müzakirə edildi.

Daha sonra Dünya Hemofiliya Federasiyasının məsul şəxsləri ilə Assosiasiyanın sədri Ayaz Hüseynov arasında görüş keçirildi. 

Görüş zamanı razılığa gəlindi ki, 2023-cü ilin əvvəlində Dünya Hemofiliya Federasiyasının prezidenti beynəlxalq ekspert qismində olan tanınmış alimlər ilə Azərbaycana təşrif buyursunlar və Azərbaycanda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə elmi konfrans keçirilsin, dövlət qurumları ilə görüşlər təşkil olunsun. Keçiriləcək konfransda müasir müalicədən və beynəlxalq standartlardan bəhs edilsin. Dövlət qurumları ilə görüş zamanı  isə müalicənin mövcud durumunun müzakirəsi və pasientlərin müalicəsinin əl çatanlığı üçün müzakirələr edilsin. 

Əminik ki, yaxın gələcəyə atacağımız addımlar laxtalanma pozğunluğundan əziyyət çəkən insanların müalicəsinin əl çatanlığında müsbət rol oynayacaq.

 

#Səhiyyə #Saglamlıq #Pasient #EHC #WFH #Pasiyent #Hematologiya #Hemofiliya #Koaqulopatiya

 

Alt şəkillər

1665521306754981-800x500.jpg
1665521306761794-800x500.jpg
1665521306777475-800x500.jpg
1665521306785383-800x500.jpg
1665521306769516-800x500.jpg
1665521306785158-800x500.jpg
1665521306785375-800x500.jpg
1665521306786427-800x500.jpg
1665521306786172-800x500.jpg
1665521306786169-800x500.jpg
1665521306786697-800x500.jpg
1665521306787347-800x500.jpg