23 may 2023-cü il tarixində TƏBİB - in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri üçün Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma mövzusunda seminar keçirildi.
Seminarın açılışında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verdi və həkimləri gələcək seminarlar və konfranslara təcrübə mübadiləsi üçün dəvət etdi.
Seminarda Respublika Klinik Xəstəxanasın Fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışmış Dr. Əzizova Yeganə "Hemofiliyalı xəstələrdə oynaqdaxili qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapiyanın rolu"; Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkimi Dr. Firəngiz Nəzərli "Hemofiliya xəstəliyinə yanaşma"; Abşeron Rayon Xəstəxanasının pediatrı Dr. Aynur Nəsib-zadə "Hemofiliyalı xəstələrə pediatrik yanaşma"; Abşeron Rayon Xəstəxanasının stomatoloqu Dr. Rövşən Alvasov "Hemofiliyalı xəstələrdə stomatoloji yardım və onun həyata keçirilmə aspektləri" müvzularında çıxış etmişlər.
Daha sonra stomatoloq Dr. Rövşən Alvasov və fizioterapevt Yeganə Əzizova Abşeron rayonu ərazisində yaşayan hemofiliyalı pasiyentəri müayinə edərək, konsultasiya keçirmişlər.
Göstərilən diqqət və peşəkarlığa görə TƏBİB başda olmaqla Abşeron Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə minnətdarlığımızı bildiririk.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #TƏBİB #HemofiliyaAzərbaycan