28 May Müstəqillik Günü münasibətilə QHT nümayəndələri, ziyalı xanımlar  iştirakı ilə milli geyimlərdə yürüş keçirildi

28 May Müstəqillik Günü münasibətilə QHT nümayəndələri, ziyalı xanımlar iştirakı ilə milli geyimlərdə yürüş keçirildi

28 May Müstəqillik Günü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti və “A QHT Klubu”nun rəhbəri Sevda Tahirlinin təşəbbüsü ilə Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, ziyalı xanımlar və tələbələrin iştirakı ilə milli geyimlərdə yürüş keçirildi.

Qeyd edək ki, Milli geyimdə yürüşlərin keçirilməsi ənənəsinin təməli 2015-ci ildən Mirzə Ələkbər Sabir Fondu tərəfindən qoyulmuşdur. Pandemiya səbəbindən ara verilən bu ənənə yenidən reallaşmışdır.

Tədbirin keçirilməsində məqsəd, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə elan edilən 2023-cü ildə özünün 105 illik tarixə malik müstəqilliyimizin qürurunu milli-mənəvi dəyərlərimizə olan sevgilə birgə ifadə etmək olmuşdur.

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan 50 nəfərə yaxın iştirakçını bayram ruhunu yaşayan şəhərimizin sakinləri dərin ehtiram və sevgi, xarici qonaqları isə böyük maraqla qarşılamışlar. Dəniz kənarı parkdan başlayan və İçəri Şəhərdə bitən yürüş zamanı iştirakçılar qarşıya çıxan şəhər sakinlərinə, əsasən də məktəbəqədər və məktəbyaşlı uşaqlara bayraq hədiyyə etmiş, xalq mahnıları oxumuş, İstiqlal bəyannaməsi abidəsinin yanında Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.

Habelə, Yürüş iştirakçıları tərəfindən Xan qızı Xurşidbanu Natəvanın və mayın 30-da doğum günü qeyd ediləcək Mirzə Ələkbər Sabirin heykəlləri ziyarət edilmişdir.

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 6 nəfər nümayəndə heyəti də yürüşdə iştirak etmişlər. 🇦🇿❤️

#QHT #MilliDəyərlər #HedərƏliyev100 #İctimaiBirlik #Azərbaycan #Azerbaijan #HemofiliyaAzərbaycan

Alt şəkillər

1685383728576853-800x500.jpg
1685383728587307-800x500.jpg
1685383728595211-800x500.jpg
1685383728583798-800x500.jpg
1685383728599597-800x500.jpg