17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş elmi konfrans keçirilmişdir

17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş elmi konfrans keçirilmişdir

Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyası dövlət qurumları və tibb işçiləri ilə birlikdə 17 Aprel – Ümumdünya Hemofiliya Gününü xüsusi qeyd edir. Bu günə həsr olunmuş müxtəlif formatlı tədbirlər sırasına elmi konfranslar, seminarlar, konsertlər, idman yarışları, abidələrin hemofiliyanın rəmzi rəngi olan qırmızı ilə işıqlandırılması, habelə digər tibbi və sosial layihələr daxildir.

Belə ki, 11 aprel 2026-cı il tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr olunmuş “Qanaxmaların qarşısının alınması və müalicənin idarə olunmasında tibb bacısının rolu” mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransın açılışında həmsədrlər — Pirallahı Tibb Mərkəzi PHŞ-in direktoru Azər Zeynalov və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov çıxış edərək tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.

Daha sonra məruzəçilərin çıxışları ilə konfrans davam etmişdir.
Çıxışçılar içində aşağıda qeyd olunan mütəxəssislər olmuşlar:
Dr. Ələmdar Cəfərov (Respublika Klinik Xəstəxanası, Hematologiya şöbəsi) – “Müxtəlif tipli qanaxmalara yanaşma”;

Fəxriyyə Məmmədova (Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının dosenti) – “Kardial patologiyalı uşaqlarda laxtalanma pozuntularının müalicəsində tibb bacısının/tibb qardaşının rolu”;

Mirvarid Siracova (Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının tibb bacısı, Sumqayıt Hospitalın baş tibb bacısı) – “Hemofiliyanın müalicəsinin təşkilində tibb bacısının rolu”;

Hökümə Cəbrayıllı (Pirallahı Tibb Mərkəzi, Mərkəzi Klinika, həkim-mütəxəssis mama-ginekoloq) – “Ginekologiyada qanaxmaların qarşısının alınmasında tibb bacısının rolu”;

İlahə İsmayılova (Respublika Pediatriya Mərkəzi, baş tibb bacısı) – “Yenidoğulmuşlarda qanaxma pozuntuları və tibb bacısının rolu”;

Rəna Cumayeva (Azərbaycan Tibb Universitetinin məzunu) – “Qanın laxtalanma pozuntusundan əziyyət çəkən xəstələrdə reanimasiya şəraitində tibb bacısının rolu”.

Elmi konfransın məqsədi qanın laxtalanma pozuntularından əziyyət çəkən insanların keyfiyyətli müalicəsinin vacibliyini gündəmdə saxlamaq və tibb işçiləri arasında təcrübə mübadiləsinin aparılması olmuşdur.


#Səhiyyə #Sağlamlıq #TƏBİB #Pasiyent #Hemofiliya #DünyaHemofiliyaGünü #HHPA #Hemostaz

Alt şəkillər

1776662293046387-800x500.jpg
1776662293035592-800x500.jpg
177666229304179-800x500.jpg
1776662293049933-800x500.jpg
1776662293062830-800x500.jpg
1776662293063344-800x500.jpg
1776662293063442-800x500.jpg
1776662293063915-800x500.jpg
1776662293064740-800x500.jpg
1776662293064164-800x500.jpg
1776662293064426-800x500.jpg
1776662293064573-800x500.jpg
177666229306539-800x500.jpg
1776662293065416-800x500.jpg
1776662293065472-800x500.jpg