17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçiriləcək

17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçiriləcək

Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası dövlət qurumları və tibb işçiləri ilə birlikdə 17 Aprel – Ümumdünya Hemofiliya Gününü xüsusi qeyd edir. Bu günə həsr olunmuş müxtəlif formatlı tədbirlər sırasına elmi konfranslar, seminarlar, konsertlər, idman yarışları, abidələrin hemofiliyanın rəmzi rəngi olan qırmızı ilə işıqlandırılması, habelə digər tibbi və sosial layihələr daxildir.

​Belə ki, 11 aprel 2026-cı il tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Hemofiliya Gününə həsr olunmuş ağacəkmə aksiyası keçiriləcək.

​Aksiyanın məqsədi qanın laxtalanma pozuntularından əziyyət çəkən insanların problemlərini gündəmdə saxlamaq və cəmiyyətin diqqətini bu xəstəliklərə yönəltməkdir.

Alt şəkillər

1775720649320622-800x500.jpg