WUF13 ölkəmizdə keçirilməsi və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti bu müzakirələrə yüksək siyasi çəki qatdı

WUF13 ölkəmizdə keçirilməsi və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti bu müzakirələrə yüksək siyasi çəki qatdı

Ayaz Hüseynov: Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi və qlobal həmrəyliyin təşviqi üçün növbəti dəfə dünya mərkəzinə çevrildi! Tarixinin ən böyük Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə keçirilməsi və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti bu müzakirələrə yüksək siyasi çəki qatdı.

Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası səhiyyə və sağlamlıq sahəsində aktiv çalışan təşkilat olaraq vurğulamalıyıq ki, müasir şəhərsalma həm də "Sağlam Şəhər" (Healthy Cities) konsepsiyası, ekoloji balans və dayanıqlı tibbi infrastruktur deməkdir. Dövlətimizin başçısının uzaqgörən liderliyi ilə Bakıda formalaşan qlobal şəhərsalma gündəliyi, bəşəriyyətin daha sağlam və təhlükəsiz mühitdə yaşamasına hədəflənib.

Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı "ağıllı və yaşıl" quruculuq işləri, post-münaqişə dövründə insan mərkəzli və sağlamlıqyönümlü infrastrukturun qurulmasında bütün dünyaya unikal bir nümunədir. 🇦🇿❤️

#WUF13 #Baku #Pasiyent #Hemofiliya #Hemostaz #Koaqulopatiya #Şəhərsalma #SağlamŞəhərlər #GlobalSolidarity #HealthcareInfrastructre