“Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib

“Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Baş Prokurorluq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyət hallarına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması, mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları ilə özəl sektor arasında daha sıx dialoqun formalaşdırılması, özəl klinikaların reputasiyası, ictimaiyyətin etimadının möhkəmləndirilməsi və ictimai məsuliyyətin artırılmasıdır.

ÖTMA İdarə Heyətinin sədri Gunel Aliyeva bildirib ki, təkliflər ümumiləşdiriləcək və aidiyyatı üzrə dövlət qurumlarına, digər maraqlı tərəflərə təqdim olunacaq. ÖTMA qarşıda bu istiqamətdə fəal işləməyə davam edəcək və səylərin əlaqləndirilməsi üçün birgə təşəbbüslər irəli sürəcək.

Pasiyent Təşkilatları İttifaqının

sədri Ayaz Huseynov ictimai müzakirələr çərçivəsində pasiyent hüquqlarının təkmilləşdirilməsinin vacibliyini və müalicənin beynəlxalq müasir protokollar çərçivəsində aparılmasının zəruriliyini vurğulamışdır.

#Səhiyyə #Sağlamlıq #Pasiyent

Alt şəkillər

1757618400122560-800x500.jpg
1757618400123436-800x500.jpg
1757618400116288-800x500.jpg
1757618400121201-800x500.jpg
1757618400130746-800x500.jpg
175761840013018-800x500.jpg
1757618400129238-800x500.jpg
1757618400130559-800x500.jpg