PASİYENTLƏRİN ADVOKASİYASINA DAİR KONFRANS KEÇİRİLƏCƏK

PASİYENTLƏRİN ADVOKASİYASINA DAİR KONFRANS KEÇİRİLƏCƏK

 

1-3 iyun 2023-cü il tarixlərində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanın yeganə və həqiqi üzvü olduğu Dünya Hemofiliya Federasiyasını Azərbaycana işgüzar səfərə dəvət etmisdir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən dəvət almış Dünya Hemofiliya Federasiyasının prezidenti Sezar Qarrido və Federasiyanın İnkişaf Proqramları üzrə direktoru Salome Mexuzla ilə birgə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəhbər şəxsləri ilə görüşlər təşkil olunacaq.

3 iyun 2023-cü il tarixində dövlət səhiyyə qurumlarının məsul şəxsləri ilə birgə QANIN LAXTALANMA POZĞUNLUĞUNDAN ƏZİYYƏT ÇƏKƏN PASİYENTLƏRİN ADVOKASİYASINA DAİR KONFRANS KEÇİRİLƏCƏK.

Qeyd: Konfransda tərəfimizdən iştirak xüsusi dəvətnamə ilə olacaq.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Pasiyent #WFH #PTİ #HemofiliyaAzərbaycan #Hemophilia #TƏBİB #SəhiyyəNazirliyi #İTS

Alt şəkillər

1685383247307941-800x500.jpg