Gülnarə Hüseynova - icraçı direktor

Gülnarə Hüseynova - icraçı direktor

Gülnarə Hüseynova
Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının İdarə Heyətinin üzvü, icraçı direktor

  • Hüseynova Gülnarə Alxas qızı 18 aprel 1965-ci ildə  Bakı şəhərində anadan olmuşdur.
  • 1972 - 1982 illər, orta təhsil almışdır.
  • 1982 - 1987 illər, Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsidə təhsil almışdır.
  • 1987 - 1990 illər, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında işləyib.
  • 1990 - 1997 illər, Bakı şəhəri 246 saylı orta məktəbdə pedaqoji fəaliyyət göstərib.
  • 1997 - 2020 illər, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri vəzifəsində çalışmışdır.
  • 2008 - 2016 illər, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olmuşdur.
  • 05 fevral 2020 ildə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru vəzifəsinə təyin edilmişdir.

Bakı şəhərində təşkil və icra etdiyi Beynəlxalq Proqramlar, Seminar, Simpozium və Konfranslar

  • 2001 – 2005 illər, ünya Hemofiliya Federasiyasının dəstəyi ilə “Əkizlər” Proqramı çərçivəsində Türkiyənin İstanbul şəhərində yerləşən Türk Hemofiliya Dərnəyi ilə Azərbaycan Hemofiliyalı xəstələrin Assosiyasiyası ilə imzalanmış müqavilə çərçivəsində uğurlu həyata keçən proqramın koordinatoru;
  • 2005 – 2007 illər, Hemofiliyalı xəstələrə Milli Qayğı Proqramı çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyi və Dünya Hemofiliya Federasiyası arasında Memorandum müqaviləsinin imzalanmasının təşkilatçısı və proqramın koordinatoru;
  • 2001 ildə, Hemofiliya probleminə dair Simpozium- Türkiyə, Kanada, İrlandiya mütəxəssislərinin iştirakı ilə;
  • 2003 ildə, Qafqaz Hemofiliya Alyansının Konfransı-Rusiya, Gürcüstan, ABŞ, Türkiyə, İran, Kanada, İrlandiya mütəxəssislərinin iştirakı ilə;
  • 2006 ildə, Azərbaycan Hemofiliya problemlərinə dair Konfrans-Türkiyə,Rusiya,Kanada mütəxəssislərinin iştirakı ilə ;
  • 2006 ildə, İdarəetməyə dair seminar-Rusiya,Türkiyə,İran,Kanada mütəxəssislərinin iştirakı ilə;
  • 2007 ildə, Hemofiliyanın müasir üsullarla müayinə və müalicəsi.Rusiya,Türkiyə,Kanada mütəxəssislərinin iştirakı ilə;
  • 2008 ildə, Hemofilya sahəsində ortoped,fizioterapevt və hemotoloqlar üçün Simpozium.Kanada,İtaliya mütəxəssislərinin iştirakı ilə keçirilən konfranslarda iştirak etmişdir.

Bakı şəhərində və ölkənin digər regionlarında təşkil və icra etdiyi proqramlar, tədbir və seminarlar:

  • 1997 ildə, Azərbaycanda Donor Qanının tədarükünün təbliğinə və təşkilinə əsas qoymuşdur.
  • 1999 – 2003 illər, Gəncə, Şəki, Lənkəran, Quba, Ucar, Əlibayramlı, Naxçıvan MR-da hemofiliya problemlərinə dair Rayon Mərkəzi Xəstəxanalarında seminarlar və görüşlər keçirilmişdir.
  • 2000 – 2008 illər, Bakı şəhərində illik konfranslar, aylıq görüşlərin təşkili.
  • 2003 ildə, “Gələcəyə çağırış” adlı proqramın koordinatoru.
  • 1999 – 2008 illər, Hər il mütəmadi olaraq 17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş tədbirlərin təşkilatçısı və aparıcısı.

Uğurlu layihələr: Assosiyasiya Dünya Hemofiliya Federasiyası ilə fəal əməkdaşlıq edir.

2004 - 2019 illər Ümumdünya Hemofiliya Federasiyasiyasının egidası altında bütün dünyanın iştirak etdiyi Proqress üçün Qlobal üçün Qlobal Alyans Proqramı (GAP) uğurla həyata keçirib. Bu proqram çərçivəsində Azərbaycanın tibb bacıları, laborant və həkimlərin Türkiyədə təkmilləşmə kursları təşkil etmişdir.   Müxtəlif  proqramlar və qrantlar  çərçivəsində  Azərbaycanın tibbi müəssisələri üçün bahalı dərman preparatları, tibbi və laborator avadanlıq əldə etmişdir. Hemofiliya sahəsində xarici dövlətlərdə Səhiyyə Nazirliyinin mütəxəssislərinin  Dünya Hemofiliya Konqreslərində, Simpozium və seminarlarda iştirakını təmin etmişdir, həmçinin ölkəmizdə konfrans və seminarlar təşkil etmişdir. Hemofiliya üzrə Qanun layihəsinin və Dövlət Proqramının hazırlanmasında təkliflər  paketinin tərtibatçısı.

Mükafatlar və sertifikatlar.

  • 1998 ildə, İlk dəfə olaraq Niderlandın Haaqa şəhərində XXIII Ümumdünya Hemofiliya Konqresində Azərbaycanın yeganə təmsilçisi olmuşdur.
  • 1999 ildə, İspaniyanin Mursia şəhərində növbəti keçirilmiş konfransda Assosiasiya Avropa Hemofiliya Konsorsiumuna üzv qəbul edilmişdir.
  • 21 İyul 2000 ildə, Ümumdünya Hemofiliya Federasiyasına həqiqi üzv qəbul edilmişdir.
  • 2004-2008 illər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Dünya Hemofiliya Federasiyası arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində Proqress üçün Qlobal Alyans “GAP” adlı Beynəlxalq Proqramını uğurla həyata keçirdiyinə görə 2010-cu ildə Argentinanın Buenos Ayres şəhərində Dünya Hemofiliya Konqresində Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası Federasiyasının prezidenti cənab Mark Skinner tərəfindən təşəkkür Diplomu ilə təltif edilmişdir.
  • 2008, 2012 illər, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir.
  • 2012 ildə, Fransanın paytaxtı Parisdə keçirilən Dünya Hemofiliya Konqresində Azərbaycanı layiqincə təmsil edərək hemofiliyalı xəstələrin Respublika Assosiasiyası yeni beynəlxalq əlaqələr qurmuşdur və İsveçrənin Novo Nordisk Hemofiliya Fondu ilə yeni layihəyə imza atmışdır.
  • 2019 ildə, Azərbaycan Respublikası  Prezidenti tərəfindən  Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş medalla təltif edilmişdir.
  • 2021 ildə, Azərbaycan Respublikası  Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.

Genetik xəstəliklərin qarşısının alınması məqsədi ilə əhali arasında təbliğat və təşviqatın təşkilatçısı.  Hemofiliya və genetik xəstəliklər haqqında 1 sosial rolik, 4 sənədli filmin müəllifi. Hemofiliyanın müalicəsinə dair 3 kitab tərcümə edilmişdir, 6 broşur, 6 informasiya bülleteninin müəllifi.  600-dən çox TV, Radio çıxışları və qəzet məqalələrinin müəllifi.