06.07.2021-ci il tarixdə Hemofliyalı Xəstələrin Respublika Assosiasiyası İNDİVİDUAL YANAŞMA İLƏ SAĞLAMLIĞA DOĞRU adlı Hemofiliya Məktəbi çərçivəsində Hemofiliya və digər laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin müalicəsində vacib olan damar daxili inyeksiyalara dair praktiki təlim keçirdi.

Təlimçi: Mir Qasımov adına Respulika Klinik Xəstəxanasının hematologiya şöbəsində 1975-ci ildən 2019-cu ilə qədər çalışan və 2006- cı ildən bu günədək Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının tibb üzrə idarə heyətinin üzvü xanım Sonaver Məhərrəmova olmuşdur.

Təlimlər zamanı damar daxili inyeksiya edərkən sterilliliyin önəmliliyi, mövcud risklərin qarşısının alınması, damarları zədələnmədən qorunmaq və inyeksiyanın texnikası barədə təlimatlar verlimişdir.

Təlimlərin gedişatında Sonaver xanım valideynləri narahat edən sualları cavablandırmışdır.
Daha sonra tədris üçün mulyaj qol üzərində praktiki təlimlər keçirilərək valideynlər damar daxili inyeksiya etməyə yiyələnmişlər.

Bu cür təlimləri keçməkdə məqsədimiz, əsasən hemofiliyalı uşaqların valideylərinin damar daxili inyeksiya bacarıqlarını aşılamaq və bununlada öz övladlarına kəskin qanaxmalar zamanı həyati vacib qanın laxtalanma preparatlarını təcili damar daxili inyeksiya etməklə ağırlaşmaların qarşısını almaq və uşaqların sağlam gələcəyini təmin etməkdir.

#Səhiyyə #Sağlamlıq #Pasient#Hemophilia #Hemofiliya #Hematologiya #Fizioterapiya #HemophiliaAzerbaijan