Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hər il olduğu kimi bu ildə İNDİVİDUAL YANAŞMA İLƏ SAĞLAMLIĞA DOĞRU adlı Hemofiliya Məktəbi çərçivəsində Hemofiliya və digər laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin müalicəsində vacib olan damar daxili inyeksiyalara dair praktiki təlim keçirəcək.

Məqsəd, əsasən hemofiliyalı uşaqların valideylərinin damar daxili inyeksiya bacarıqlarını aşılamaq və bununlada uşaqlarına kəskin qanaxmalar zamanı həyati vacib qanın laxtalanma preparatlarını təcili damar daxili inyeksiya etməklə ağırlaşmaların qarşısını almaq və uşaqların sağlam gələcəyini təmin etməkdir.

Təlimlər 06 iyul 2021-ci il taxirdə saat 15:00-dan başlayaraq karantin şərtlərinə əməl etməklə kiçik qruplarla təşkilatın mərkəzi ofisində keçiriləcək.Hemofiliya

Məktəbində iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və xəstəlik haqqında sənədi ayazhuseynov88@gmail.com elektron ünvana göndərərək qeydiyyatdan keçə bilərlər.

#Səhiyyə#Sağlamlıq#Pasient#Hemophilia#Hemofiliya#Hematologiya#Fizioterapiya#HemophiliaAzerbaijan