Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hər il olduğu kimi bu ildə İNDİVİDUAL YANAŞMA İLƏ SAĞLAMLIĞA DOĞRU adlı Hemofiliya Məktəbini keçirir.

29.06.2021 il tarixində Hemofiliya Məktəbinin məruzəçisi və təlimçisi Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Naidə Hüseynzadə olmuşdur.Təlimlərin mövzusu Hemofiliya A,B və inhibitorlu hemofiliya haqqında ətraflı məlumat, qanaxmaların dərəcəsinə uyğun faktor preparatının istifadə qaydası və xüsusi yanaşma olmuşdur.

Təlimlərin ikinci hissəsində Dr. Naidə Hüseynzadə tərəfindən həkim konsultasiyası olmuş və pasientləri narahat edən suallar cavablandırılmışdır.Pasientlərin suallarından və narahat edən mövzulardan əsas həyati vacib dərman preparatlarının davamlı regionlara çatdırılması, aidiyyəti qurumların bu addımla pasientlərin həyat keyfiyyətinin yüksəlməsidə xüsusən pasientlərin və valideyinlər tərəfindən vurğulanmışdır. Dr. Naidə Hüseynzadə hər pasientə individual yanaşaraq müalicənin tətbiqi haqda geniş məlumat vermişdir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov dərmanların regionlara çatdırılmasının vacibliyini xüsusən qeyd edərək pandemiyadan sonrada bu tendensiyanın davamlılığın saxlanılmasının vacibliyini vurğuladı.Təlimlərin sonunda Dr. Naidə Hüseyzadə və Ayaz Hüseynov pasientlərin oynaqlarında ağır fəsadların müşahidəsini apararaq bu qrup pasientlərlə ayrıca ortoped-travmatoloq cərrahın iştirakı ilə yenidən görüşün keçirilməsinin zəruriliyini bildirdilər.

Təlimlərin növbəti hissəsi canlı olaraq pasientlərin və onların valideyinlərinə damardaxili inyeksiyasının təlimi başlayacaq. Canlı təlimlər karantin qaydalarına əməl edilərək kiçik qruplarla keçiriləcəyi

planlaşdırılır.#Səhiyyə#Sağlamlıq#Pasient#Hemophilia#Hemofiliya#Hematologiya#Fizioterapiya#HemophiliaAzerbaijan