Sonaver Məhərrəmova – İdarə heyyətinin üzvü

Məhərrəmova Sonaver Rəşid qızı 1953 –cü ildə Quba rayonunun Bağbanlı qəsəbəsində usta ailəsində anadan olmuşdur.
1970 – 1974 – cü illərdə orta məktəbi bitirmiş və Bakı şəhəri 1 saylı Baza tibb məktəbinin mamalıq fakültəsinə daxil olmuşdur.
1974 – cü ildən bu günədək Mir Qasımov adına Respublika Kliniki Xəstəxanası hematologiya şöbəsinin transfuziologiya otağında tibb bacısı vəzifəsində çalışır.
2006 – cı ildən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyyətinin üzvüdür.
2004 – 2013 illərdə hemofiliyalı uşaqlar üçün təşkil edilən yay düşərgələrində könüllü əsaslarla hemofiliyalı uşaqlara qayğı göstərir və hemofiliyalı yeniyetmə və valideynlərə damar daxili inyeksiya qaydalarına dair təlim verir.