Gülnarə Hüseynova
Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının İdarə Heyətinin üzvü, icraçı direktor

  • Hüseynova Gülnarə Alxas qızı 18 aprel 1965-ci ildə  Bakı şəhərində anadan olmuşdur.
  • 1972-1982, rta təhsil almışdır.
  • 1982-1987, Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsidə təhsil almışdır.
  • 1987-1990, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında işləyib.
  • 1990-1997, Bakı şəhəri 246 saylı orta məktəbdə pedaqoji fəaliyyət göstərib.
  • 1997- 2020, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri vəzifəsində çalışmışdır.
  • 2008- 2016, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü olmuşdur.
  • 05.02.2020, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru vəzifəsinə təyin edilmişdir.

Bakı şəhərində təşkil və icra etdiyi Beynəlxalq Proqramlar, Seminar, Simpozium və Konfranslar

  • 2001 – 2005, ünya Hemofiliya Federasiyasının dəstəyi ilə “Əkizlər” Proqramı çərçivəsində Türkiyənin İstanbul şəhərində yerləşən Türk Hemofiliya Dərnəyi ilə Azərbaycan Hemofiliyalı xəstələrin Assosiyasiyası ilə imzalanmış müqavilə çərçivəsində uğurlu həyata keçən proqramın koordinatoru;
  • 2005 – 2007, Hemofiliyalı xəstələrə Milli Qayğı Proqramı çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyi və Dünya Hemofiliya Federasiyası arasında Memorandum müqaviləsinin imzalanmasının təşkilatçısı və proqramın koordinatoru;
  • 2001, Hemofiliya probleminə dair Simpozium- Türkiyə, Kanada, İrlandiya mütəxəssislərinin iştirakı ilə;
  • 2003, Qafqaz Hemofiliya Alyansının Konfransı-Rusiya, Gürcüstan, ABŞ, Türkiyə, İran, Kanada, İrlandiya mütəxəssislərinin iştirakı ilə;
  • 2006, Azərbaycan Hemofiliya problemlərinə dair Konfrans-Türkiyə,Rusiya,Kanada mütəxəssislərinin iştirakı ilə ;
  • 2006, İdarəetməyə dair seminar-Rusiya,Türkiyə,İran,Kanada mütəxəssislərinin iştirakı ilə;
  • 2007, Hemofiliyanın müasir üsullarla müayinə və müalicəsi.Rusiya,Türkiyə,Kanada mütəxəssislərinin iştirakı ilə;
  • 2008, Hemofilya sahəsində ortoped,fizioterapevt və hemotoloqlar üçün Simpozium.Kanada,İtaliya mütəxəssislərinin iştirakı ilə keçirilən konfranslarda iştirak etmişdir.

Bakı şəhərində və ölkənin digər regionlarında təşkil və icra etdiyi proqramlar, tədbir və seminarlar:

  • 1997, Azərbaycanda Donor Qanının tədarükünün təbliğinə və təşkilinə əsas qoymuşdur.
  • 1999 – 2003, Gəncə, Şəki, Lənkəran, Quba, Ucar, Əlibayramlı, Naxçıvan MR-da hemofiliya problemlərinə dair Rayon Mərkəzi Xəstəxanalarında seminarlar və görüşlər keçirilmişdir.
  • 2000 – 2008, Bakı şəhərində illik konfranslar, aylıq görüşlərin təşkili.
  • 2003, “Gələcəyə çağırış” adlı proqramın koordinatoru.
  • 1999 – 2008, Hər il mütəmadi olaraq 17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş tədbirlərin təşkilatçısı və aparıcısı.

Uğurlu layihələr: Assosiyasiya Dünya Hemofiliya Federasiyası ilə fəal əməkdaşlıq edir.

2004-2019- ci illər Ümumdünya Hemofiliya Federasiyasiyasının egidası altında bütün dünyanın iştirak etdiyi Proqress üçün Qlobal üçün Qlobal Alyans Proqramı (GAP) uğurla həyata keçirib. Bu proqram çərçivəsində Azərbaycanın tibb bacıları, laborant və həkimlərin Türkiyədə təkmilləşmə kursları təşkil etmişdir.   Müxtəlif  proqramlar və qrantlar  çərçivəsində  Azərbaycanın tibbi müəssisələri üçün bahalı dərman preparatları, tibbi və laborator avadanlıq əldə etmişdir. Hemofiliya sahəsində xarici dövlətlərdə Səhiyyə Nazirliyinin mütəxəssislərinin  Dünya Hemofiliya Konqreslərində, Simpozium və seminarlarda iştirakını təmin etmişdir, həmçinin ölkəmizdə konfrans və seminarlar təşkil etmişdir. Hemofiliya üzrə Qanun layihəsinin və Dövlət Proqramının hazırlanmasında təkliflər  paketinin tərtibatçısı.

Mükafatlar və sertifikatlar.

  • 1998, İlk dəfə olaraq Niderlandın Haaqa şəhərində XXIII Ümumdünya Hemofiliya Konqresində Azərbaycanın yeganə təmsilçisi olmuşdur.
  • 1999, İspaniyanin Mursia şəhərində növbəti keçirilmiş konfransda Assosiasiya Avropa Hemofiliya Konsorsiumuna üzv qəbul edilmişdir.
  • 21 İyul 2000, Ümumdünya Hemofiliya Federasiyasına həqiqi üzv qəbul edilmişdir.
  • 2004-2008, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Dünya Hemofiliya Federasiyası arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində Proqress üçün Qlobal Alyans “GAP” adlı Beynəlxalq Proqramını uğurla həyata keçirdiyinə görə 2010-cu ildə Argentinanın Buenos Ayres şəhərində Dünya Hemofiliya Konqresində Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası Federasiyasının prezidenti cənab Mark Skinner tərəfindən təşəkkür Diplomu ilə təltif edilmişdir.
  • 2008, 2012, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir.
  • 2012, Fransanın paytaxtı Parisdə keçirilən Dünya Hemofiliya Konqresində Azərbaycanı layiqincə təmsil edərək hemofiliyalı xəstələrin Respublika Assosiasiyası yeni beynəlxalq əlaqələr qurmuşdur və İsveçrənin Novo Nordisk Hemofiliya Fondu ilə yeni layihəyə imza atmışdır.
  • 2019, Azərbaycan Respublikası  Prezidenti tərəfindən  Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş medalla təltif edilmişdir.

Genetik xəstəliklərin qarşısının alınması məqsədi ilə əhali arasında təbliğat və təşviqatın təşkilatçısı.  Hemofiliya və genetik xəstəliklər haqqında 1 sosial rolik, 4 sənədli filmin müəllifi. Hemofiliyanın müalicəsinə dair 3 kitab tərcümə edilmişdir, 6 broşur, 6 informasiya bülleteninin müəllifi.  600-dən çox TV, Radio çıxışları və qəzet məqalələrinin müəllifi.