Ayaz Hüseynov
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri

Ayaz Hüseynov Azər oğlu 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994 – 2005, orta təhsil almışdır.
2003-cü idlən ictimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlayıb.
2006, – Azərbaycanda ilk dəfə olaraq hemofiliyalı xəstələrin elektron məlumat bankının ilk yaradıcısıdır.
2006 – 2007, illər Azad İstehlakçılar Birliyinin Avropa Komissiyasının maliyyələşdirdiyi layihəsi çərçivəsində istehlakçıların təklif və şikayətlərinin elektron məlumat bankının ilk yaradıcısı.
2005-2008,  Azərbaycan Beynəlxalq Universitetinin ortopedik stomatologiya fakültəsində oxumuş və daha sonra 2008- ci ildə – Rusiyanın Sankt Peterburq şəhərində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Hemofiliya Mərkəzində Stomatologiya üzrə təhsilini davam etdirmişdir.
2007-ci ildən özəl stomatoloji fəaliyyəti ilə məşğul olmuşdur.
2011- 2019, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İcraçı Direktoru vəzifəsini icra etmişdir.
2 fevral 2017, Pasient Təşkilatları İttifaqının Sədri seçilmişdir.
27 may 2017, Əlil Təşkilatları İttifaqının vitse prezidenti vəzifəsinə təyin edilmişdir.
2017, Ukraynanın Milli Daxili işlər Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur və adı çəkilən təhsil müəssisəsinin 3-cü kurs tələbəsidir.
2018, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini seçilmişdir.
2019, İstedadlı Əlillər İctimai birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini seçilmişdir.
31 yanvar 2020,  Hemofiliyalı Xəstələr ib sədri vəzifəsinə seçilmişdir.

Xarici ölkələrə vacib olan səfərlər

  • 26-30 oktyabr 2005, Macarıstan , Budapeşt şəhərində Avropa Hemofiliya Konsorsium Konfransında Azərbaycanı təmsil etmiş.
  • 21-24 sentyabr 2006, Bolqarıstan, Sofiya şəhərində keçirilən Avropa Hemofiliya Konsorsiumun Konfransında Azərbaycanı təmsil etmiş- 28may – 07 iyun 2008, Turkiyə, Istanbul şəhərində Dünya Hemofiliya Konqresində Azərbaycanı təmsil etmişdir.
  • 10-14 oktyabr 2009, Rusiya Federasiyası, Moskva şəhərində keçirilən Ümumi Rusiya Hemofiliya Konfransında Azərbaycanı təmsil etmiş.- 09-17 iyul 2010cu il – Argentina, Buenos Ayres şəhərində Dünya Hemofiliya Konqresində Azərbaycanı təmsil etmiş.
  • 23-25 noyabr 2011, Gürcüstan, Tbilisi şəhərində Dünya Hemofiliya Federasiyasının təşkil etdiyi Stomatologiya üzrə seminarlarda iştirak etmiş.
  • 4-14 iyul 2012, Fransa, Paris Dünya Hemofiliya Konqresində Azərbaycanı təmsil etmiş
  • 10-13 noyabr 2012, Russiya, Moskva şəhərində Ümumi Rusiya Hemofiliya Konfransında Azərbaycanı təmsil etmiş. – 23-26may 2013-cü il tarixdə Ukrayna, Kiyev şəhərində Dünya Hemofiliya Federasiyasının təşkil etdiyi Hemofiliyali xəstələrə vəkkilik üzrə seminar da iştirak etmiş.
  • 18 – 22 iyun 2013, Türkiyə, İstanbul şəhərində Hemofiliyalı gənclər üçün beynəlxalq yay düşərgəsində Azərbaycan təmsilçilərin qrup rəhbəri olmuşdur.
  • 17-21 sentyabr 2014, Şimali İrlandiya, Belfast şəhərində Avropa Hemofiliya Konsorsiumun Konfransında Azərbaycanı təmsil etmişdir.
  • 11-15 avqust 2015, Türkiyə, İstanbul şəhərində Hemofiliyalı gənclər üçün beynəlxalq yay düşərgəsində Azərbaycan təmsilçilərin qrup rəhbəri olmuşdur.
  • 03 – 05 iyul 2015, İtaliya, Roma şəhərində Avropa Hemofiliya Konsorsiumun, Gənc Liderlər konfransının iştirakçısı.
  • 02-05oktyabr 2015, Serbiya, Belqrad şəhərində şəhərində Avropa Hemofiliya Konsorsiumun, liderlərin beynəlxalq konfransının iştirakçısı.
  • 06 – 09 oktyabr 2016, Norvec, Stavanger şəhərində Avropa Hemofiliya Konsorsiumun Konfransının iştirakçısı  və 2018-ci il Avropa Hemofiliya Konsorsiumun Beynəlxalq Konfransını Azərbaycana qazandırmışdır.
  • 30 iyun – 2 iyul 2017, Belçika, Brüssel Avropa ölkələri üzrə liderlər üçün Beynəlxalq Konfransın iştirakçısı
  • 05 – 08 oktyabr 2017, Litva, Vilnius şəhərində Avropa Hemofiliya Konsorsiumun Beynəlxalq Konfransının iştirakçısı.
  • 07 – 10 iyun 2018, tarixdə Belçika, Brüssel şəhərində Avropa Hemofiliya Konsorsiumun keçirtdiyi Avropa ölkələri üzrə liderlər üçün Beynəlxalq konfransın iştirakçısı.Bakı şəhərində, ölkənin digər regionlarında təşkil və icra etdiyi Beynəlxalq Proqramlar,

Seminar, Simpozium və Konfranslar

  • 2008 – 2019, Mütamadi olaraq 17 Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş tədbirlərin icraçısı.
  • 2010 – 2018 , Gəncə, Şəki, Lənkəran, Guba, Şirvan, Naxçıvan MR-da hemofiliya problemlərinə dair Rayon Mərkəzi Xəstəxanalarında seminarlar və görüşlər təşkilatçısı.
  • 2014 – 2018, Hemofiliyalı əlilliyi olan şəxslər üçün sanator – kurort müalicənin təşkili, hemofiliya və digər qan xəstəliklərdən əziyyət çəkən uşaqlar və onların ailə üzvləri üçün yay istirahət və sağlamlıq düşərgələrinin təşkilatçısı.
  • 2010 – 2018, Bakı şəhərində illik konfranslar, aylıq görüşlərin təşkilatçısı.
  • 1999 – 2017, Genetik xəstəliklərin qarşısının alınması məqsədi ilə əhali arasında təblığat və təşviqatın iştirakçısı. Hemofiliya və genetik xəstəliklər haqqında 2 sosial rolik, 2 sənədli televiziya verilişinin qəhrəmanı.
  • 2017, “Ana bala” maarifləndirmə proqramının təlimçisi və koordinatoru.
  • 03 – 06 oktyabr 2018, Avropa Hemofiliya Konsortiumunun Azərbaycan adından Beynəlxalq Konfransın təşkilatçısı, təmsilçisi və spikeri.
  • 2019, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Səhiyyə sahəsində “HEMODRİVE” youtube kanalında maarifləndirici silsilə verilişlərin yaradıcısı və aparıcısıdır.
  • 1999-cü ildən bu günədək hemofiliya problemlərinə dair çox saylı müxtəlif TV, Radio çıxışları və saytlar , qəzetlərdə məqalələr dərc etmişdir.

Ailə vəziyyəti

Ailəlidir, iki övladı var.