Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 22 oktyabr 2021-ci il tarixdə “Qanın laxtalanma pozğunluluğunun müasir müalicəsi və pasient hüquqlarına dair seminar” təşkil ediləcək.

Seminar çərçivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Pasietin keyfiyyətli müalicəsi və seçim hüququ” və Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şobəsini müdiri Naidə Hüseynzadə “İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları” mövzularına dair təqdimat edəcəklər. Seminar Azərbaycanda fəaliyyət göstərən həkim hematoloqlar üçün nəzərdə tutulmuşdur.

Seminar COVİD – 19 pandemiya şəraətini nəzərə alaraq xüsusi dəvət ilə və karantin şərtlərinə uyğun formada keçiriləcək.