1 oktyabr 2021 -ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova və Şirvan şəhər Mərkəzi Xəstəxanasının vətəndaşlara tibbi xidmətin təşkili şöbəsinin müdiri Təranə Cəlilova Naxçıvan Respublikası Səhiyyə Nazirliyinə baş çəkdi. Səhiyyə naziri cənab Niyazi Novruzov nümayəndə heyətini salamlayaraq Assosiasiyanın Naxçıvanda həyata keçirməyi planlaşdırdığı bütün layihələri dəstəklədiyini bildirdi.

Daha sonra Assosiasiya nümayəndələri Naxçıvan Mərkəzi Xəstəxanasında oldular, baş həkim cənab Zabur Bağırov və hematologiya şöbəsinin müdiri Leyla Bağırova ilə görüş keçirilmişdir. Görüş zamanı tibb bacılarının, fizioterapevtlərin və diş həkimlərinin ixtisasların təkmilləşdirilməsi üçün seminar və konfranslarda iştirakı məsələləri müzakirə edildi. Daha sonra Fizioterapiya şöbəsi ilə tanış olundu və fizioterapiya şöbəsinin müdiri Dr. Türkan xanımla görüş keçirildi. Türkan xanımla Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının fizioterapiya şöbəsində Azərbaycanın digər bölgələrindən olan mütəxəssislərin təkmilləşdirilməsi məsələsi müzakirə edildi. Növbəti görüş diş həkimi Vusal doktorla oldu. Diş avadanlıqlarının birgə monitorinqi aparıldı.

Nəticə olaraq Naxçıvan Muxtar Respublikasında vətəndaşların keyfiyyətli müalicəsnin təşkili üçün fəaliyyət planının tərtibatına, məqsəd və vəzifələri birgə yerinə yetirilməsi üçün Naxçıvan MR dövlət səhiyyə strukturları ilə əməkdaşlıq haqqında razılıq rəhbərlik tərəfindən bildirildi.