İNDİVİDUAL YANAŞMA İLƏ SAĞLAMLIĞA DOĞRU adlı Hemofiliya Məktəbi keçirilir.

25 iyun 2021-ci il tarixdə pasientlerlə növbəti görüş keçirildi. Hemofiliya Məktəbinin növbəti qonağı və təlimçimiz Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının Fizioterapiya və Tibbi Bərpa söbəsinin müdiri Dr. Yeganə Əzizova oldu.

Görüş zamanı pasientləri və onların valideynlərini narahat edən bir çox məqamlara toxunuldu. Əsasən danışılan mövzulardan fizioterapiyanın faydası, hansı hallarda fizioterapiya tətbiq olunmalıdır və müalicəvi fiziki idmanın vacibliyi qeyd edildi. Təlimlərin ikinci hissəsində pasientlərin oynaqlarına baxış, qansızmaların oynaqlara verdiyi fəsadlar və oynaqlarda olan ağırlaşmaların müalicəsi haqda Dr. Yeganə Azizova pasientlərə məsləhətlər verdi.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Hemofiliya Məktəbinin gedişatı zamanı pasientlərin travmatoloq-oryoped ilə görüşün zaruri olduğunuda vurğulayaraq yaxın zamanda pasientlərin oynaqlarında olan ağırlaşmaların müzakirəsi üçün travmatoloq ilə görüşün planlaşdırılmasını vurğuladı. Təlimlər boyunca əsasən regionlarda yaşayan ( Ağstafa, Gəncə, Şəmkir, Lerik , Naxçıvan MR və sair) pasientlər Dr. Yeganə Əzizovanın konsultasiyalar zamanı faydalı məsləhətlər aldılar.

Qeyd edək ki, növbəti Hemofiliya Məktəbi çərçivəsində görüş 29 iyun saat 16:00da Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Naidə Hüseynzadə ilə olacaq.