Hörmətli xanımlar və cənablar! Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hər il olduğu kimi bu ildə İNDİVİDUAL YANAŞMA İLƏ SAĞLAMLIĞA DOĞRU adlı Hemofiliya Məktəbinin keçirilməsinə start verir.

Hemofiliya Məktəbində Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının həkimlərinin iştirakı ilə aşağıdakı mövzularda təlimlər keçiriləcək:

-Hemofiliya və Hemofiliyanın inhibitor forması haqqında ətraflı məlumat, qanaxmaların dərəcəsinə uyğun faktor preparatlarının istifadə qaydası və ilkin tibbi yardım.

-Digər laxtalanma pozğunluğu ilə olan xəstəliklər haqqında məlumat və spesifik yanaşmaHemofiliyanın fəsadların qarşısının alınması və aradan qaldırılmasında fizioterapevtik müalicənin faydası.

Damar daxili inyeksiyalara dair praktiki təlimlər.

-Həkimlə onlayn və telekonsultasiyalar.Təlimlər karantin rejimini nəzərə alaraq hibrid formatında keçiriləcək.

Hemofiliya Məktəbində iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi, xəstəlik haqqında sənədi ayazhuseynov88@gmail.com elektron ünvana göndərərək qeydiyyatdan keçə bilər.

#Səhiyyə#Sağlamlıq#Pasient#Hemophilia#Hemofiliya#Hematologiya#Fizioterapiya#HemophiliaAzerbaijan