17 Aprel 2021 il Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək və keyfiyyətli yaşamaq şansı dahada artır.Azərbaycanda 22 il qeyd olunan Dünya Hemofiliya Günü (DHG) 2021-ci ildə yeni nəfəs və yeni ümidlərlə qeyd edilir. Belə ki, 1999-cu ildən qeyd olunan DHG tarixinə nəzər salsaq, 22 il ərzində Dünyada tibb elminin inkişaf dinamikasının şahidi oluruq. Azərbaycanda hemofiliyalı uşaq və böyüklər ölümə məkum idilər. Yeganə müalicə üsulu donor qanından hazırlanmış plazmanın damar daxili köçürülməsi idi. Buda yaşamağa az ümidverici bir vasitə idi. Hal hazırda Azərbaycanda hemofiliyanın müalicəsi sahəsində böyük dönüş müşahidə olunur. 1700-dən çox, bunlardan 300 nəfərdən çoxu məktəbəqədər və məktəb yaşlı uşaqlar irsi qanaxma pozğunluqlarından (hemofiliya, von Willebrand xəstəliyi, nadir faktor çatışmazlığı, trombositlərin disfunksiyası, hemofiliya geninin daşıyıcıları …) əziyyət çəkən vətəndaşlarımızı sağlam gələcək gözləyir. Çünki hal hazırda uşaqların müalicəsində inkişaf etmiş dövlətlərdə istehsal olunan qanı laxtalandıran faktor prparatları istifadə olunur və buda həyat keyfiyyətini 60 % yüksəltməyə imkan verir. Lakin tibb elminin inkişafı hemofiliyanın dahada keyfiyyətli müalicəsi üçün dərman preparatları və hətta tam sağalması üçün gen terapiyasının tətbiqi ilə dünyaya sübut etdi. Hemofiliyalı Xəstələrin Respublika Assosisiyası 17 Aprel Günü münasibəti ilə Beynəlxalq Konfrans keçirmişdir.Konfransın açılışında Heydər Əliyev Fondunun departament direktoru, millət vəkili cənab Soltan Məmmədov, TƏBİB-in Stasionar Tibbi Xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə xanım Ağayeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru cənab Valeh Hüseynov Konfransın işinə uğurlar arzu etdilər,və hemofiliyanın problemlərinin həlli üçün birlikdə fəaliyyətin gücləndirilməsini vurğuladılar. Spikerlərdən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Naidə Hüseynzadə, “Hemofiliya və digər laxtalanma pozğunluqlarda müasir yanaşma metodları”, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Uşaq şöbəsinin müdiri Dr. Sevil Cəlilova “Hemostaz pozğunluqları “, Hemofiliyalı Xəstələrin Respublika Assoasiyasının sədri Ayaz Hüseynov, “Pasientlərin hüquqlarına dair beynəlxalq kriteriyalarla yanaşma ” mövzularına dair təqdimatlarla çıxış etdilər. Pandemiya şərtlərini nəzərə alıb, təşkil edilmiş konfransda gibrid formatda (canlı və onlayn) Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqları, genetikləri ilə yanaşı İrlandiyadan Avropa Hemofiliya Konsorsiumunun prezidenti cənab Deklan Noon, Almaniyadan Hemofiliya Mərkəzinin rəhbəri professor Yohanes Oldenburq və İzraildən professor Gili Kennet internet vasitəsi ilə qoşularaq hemofiliyanın ən keyfiyyətli müalicələrinə dair təqdimatlar etmişlər. Çıxışlarda diqqəti çəkən yaxın gələcəkdə yeni dərman preparatlarının və gen terapiyasının geniş tətbiqi olmuşdur. Qeyd edək ki, özündə 140-dan çox ölkəni birləşdirən Dünya Hemofiliya Federasiyasının 2021-cildə olan “Dəyişikliyə adaptasia və yeni dünyada yardımın dayanıqlı təminatı” şüarı altında dünya alimləri, həkimlər, millət vəkilləri, dövlət strukturlarının nümayəndəlıri, KİV-lər, pasientlər və onların ailə üzvləri, dərman şirkətlərinin nümayəndələri və sair iştirak etmişlər. Konfransdan sonra isə axşam saatlarında Bakı şəhərinin əsas rəmzlərindən biri olan Qız Qalası abidəsi 17 Aprel DHG – ə həsr edilərək qırmızı işıqla boyandı.