Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası əməkdaşlıq etdiyi Dünya Hemofiliya Federasiyasının (WFH), Avropa Hemofiliya Konsorsiumunun (EHC) və Amerika Birləşmiş Ştatları Milli Hemofiliya Fondunun (NHF) hazırladığı vaksinasiyaya dair laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlər üçün TÖVSİYYƏLƏRİ tərcümə edib sizə təqdim edir:

Milli Hematologiya Mərkəzi Hemofiliya Assosiasiyası ilə sıx əməkdaşlıq edərək qanaxma pozğunluğundan əziyyət çəkən vətəndaşların COVID-19 peyvəndləri haqqında məlumat verməyi vacibdir.
1. Qanaxma pozğunluğundan əziyyət çəkən pasient COVID-19 virusuna yoluxma və ya ağır bir xəstəliyin inkişaf riski altında deyil, bu səbəbdən də risk qrupuna daxil deyillər.

2. Vaksin əzələdaxili tətbiq olunmalıdır. Mümkün olduqda mövcud olan ən incə iynədən istifadə edilməlidir. İnyeksiya edilən yerdə şişkinliyin olmaması və qanamanın qarşısını almaq məqsədi ilə inyeksiya edilən yerin üzərinə 10 dəqiqə ərzində təzyiq göstərərək pambığı saxlamağınız vacibdir. Bundan əlavə, inyeksiya edilən yerin 2-4 dəqiqə və 2-4 saatdan sonra özünüz tərəfindən yoxlanılması vacibdir ki, gecikmiş hematomanın olub olmaması haqda biləsiniz. Inyeksiyadan 1-2 gün sonra inyeksiya olunan qolda narahatlıq, ağrı və şişkinlik artmırsa, narahtçılığa ehtiyyac yoxdur.

Hər hansı bir mənfi symptom, məsələn hematoma və ya allergik reaksiya hiss etsəniz dərhal müalicə həkiminiz hematoloqa müraciət edin.

3. Pasient inyeksiyadan sonra allergik reaksiya (qızdırma, istilik, qızartı, qaşıntılı dəri döküntüsü, nəfəs darlığı, üzün və ya dilin şişməsi) siptomları hiss etsə, dərhal həkimə müraciət etməli və ya təcili yardım çağırmalıdır.

Polietilen qlikol (PEG) olan uzun yarı ömrü olan laxtalanma faktoru konsentratlarına allergik reaksiya keçmişləri olan xəstələr peyvənd seçimlərini həkimləri ilə müzakirə etməlidirlər, çünki bəzi peyvəndlərdə köməkçi maddə kimi PEG var.

4. Bütün riskləri minimuma endirmək üçün, vaksinasiyadan öncə faktor preparatının yanınızda olması mütləqdir və yuxarıda deyilən ehtiyatların tətbiq edilməsi vacibdir.

5. Ağır və orta ağır dərəcədə hemofiliyalı pasıentlər VIII (FVIII) və ya IX (FIX) faktorları vurulduqdan sonra aşılanmalıdırlar. Pasient hemofiliyanın yüngül formasından əziyyət çəkirsə yanı qanında laxtalanma % 10-dan yuxarıdırsa, aşılanmadan öncə laxtalanma faktor preparatının vurulmasına ehtiyyac yoxdur.

6. Emicizumab qəbul edən xəstələr (inhibitor ilə və ya inhibitorsuz hemofiliyalı) hemostatik tədbir almadan və FVIII laxtalandırıcı faktor dozası almadan istənilən vaxt əzələdaxili aşılana bilər.

7. Tip-1 və ya tip-2 von Willebrand xəstəliyi (VWD) olan pasientlər, başlanğıc von Willebrand faktoru (VWF) Ristosetin kofaktoru (RiCof) aktivlik səviyyəsindən asılı olaraq, müalicə metodlarından istifadə edilməlidir (məsələn, DDAVP varsa, traneksamik turşu) hematoloqla konsultasiya edərək. Von Willebrand xəstəliyi tip 3 olan xəstələrdə von Willebrand faktoru olan laxtalanma faktoru inyeksiya edilməlidir.

8. Nadir qanaxma pozğunluğu olan (trombositopeniya və ya trombosit disfunksiyası daxil olmaqla) bütün xəstələr aşılanmalıdır. Antikoagulyant qəbul edən xəstələr Beynəlxalq Normallaşdırılmış Oranı (INR) təyin etmək üçün inyeksiyadan 72 saat əvvəl protrombin vaxt testindən keçməlidirlər; nəticələr sabitdirsə və terapevtik aralıqdadırsa, əzələdaxili aşılana bilər.

9. Hemofiliya və digər qanın laxtalanma pozğunluqları və ya onların müalicəsi ilə əlaqəli peyvənd üçün xüsusi bir əks göstəriş yoxdur. İmmunitet tolerantlığı, hepatit C və HİV müalicəsi və digər şərtlər peyvənd üçün əks göstəriş deyil.

10. İmmunosupressiv dərmanlarla (kortizon, digər immunosupressiv dərmanlar) müalicə olunan xəstələrə aşılama əks göstəriş deyil.

11. Hamilə və ya süd verən qadınlar məlumatların olmaması səbəbindən tövsiyələr yurisdiksiyadan yurisdiksiyaya qədər fərqli olduğu üçün potensial əks göstərişlər bir həkimlə ayrı-ayrılıqda müzakirə edilməlidir.

12. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri, şiddətli allergik reaksiya keçmiş insanlarda Pfizer / BioNTech peyvəndi istifadə edərkən diqqətli olmağı tövsiyə etdi. Allergik / anafilaktoid reaksiyalar tarixçəsi olan insanlar üçün xüsusi tövsiyələrə hər agentlik tərəfindən dərc olunan təlimatlardan baxmaq olar.