07.12.2020-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının onlayn iclası keçirildi. İclasın əsas mövzusu Qarabağ bölgəsi oldu. Belə ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Qarabağ regional nümayəndəliyinin yaradılması qərara alındı. Assosiasiyanın Qarabağ nümayəndəsi Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini Şəhla Vəliyeva təyin edildi. Nümayəndəliyin əsas məqsədi Qarabağ bölgəsində yaşayan laxtalanma pozğunluğu ilə olan pasientlərin maraqlarını təmsil etmək və pasientləri Mərkəzi ofislə əlaqələndirməkdir.