Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 17.11.2020-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Dr. Valeh Hüseynovla yeni nəsil dərman preparatları və faktor konsentratlarının dozaları ilə bağlı təkliflər paketi üzərində danışıqlar aparıldı. Məqsəd, laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin keyfiyyətli müalicələrinin əl çatarlığı və həyat keyfiyyətinin yüksəldilməsi üçün atılan addımlar müzakirə olunmuşdur.

Qeyd edək ki, təqdim olunan sənəd Avropa Hemofiliya Konsorsiumunun elmi materiallara istinad edilib.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası pasientlərin keşiyində duran Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyinə və həkimlərə bu çətin dönəmdə dayanmadan fəaliyyət göstərdiklərinə görə xüsusi təşəkkürünü bildirir.

Share and Enjoy !

0Shares
0 0