02.12.2020-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvlərinin iştirakı ilə onlayn seminar keçirildi.
Seminarın məqsədi pandemiya uzun zaman çəkdiyi bəlli olduğuna görə və bununla yaşamağı oyrənmək və həyatda uğur qazanmaq üçün ailələri motivasiya etməkdir.
Seminarın mövzusu Covid-19 pandemiya dövründə:
1) Jurnalist və idmançı Əliyev Orxanın təqdimatında “Vətən sevgisi əngəl tanımaz” və
2) Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının gənclər komitəsinin üzvü Vəliyev Əhmədin təqdimatında “Günlük fəaliyyətinin tənzimlənməsi” olmuşdur.
Seminar sual cavab və müzakirələrlə davam etmişdir.