4-6 dekabr 2020-ci il taxirdə özündə 47 ölkəni birləşdirən Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə 2020 İnhibitor Sammiti onlayn keçirildi. Avropa Hemofiliya Konsorsiumunun həqiqi üzvü olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İnhibitor Sammitində aktiv iştirak etmişdir. Sammit çərçivəsində elmin son nailiyyətləri, yeni dərman preparatlarının sınaqları və inhibitoru olan hemofiliyalı pasientlər arasında yaşam tərzi barədə təcrübə mübadiləsi olmuşdur.

P.S. Covid-19 pandemiyası olmasa idi İnhibitor Sammiti İrlandiyada keçiriləcəkdi.