Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ənənəvi Ana Bala proqramı çərçivəsində “Uşaqların Onlayn Görüşləri”ni təşkil etdi. Onlayn görüşlər”Zoom” proqramı üzərində 29-30 avqust 2020 il keçirildi.
Assosiasiyanın İdarə heyətinin üzvü , analarla iş üzrə Komitənin koordinatoru Vüsalə Əkbərova iki gün ərzində 1. Uşaqlara özünü təqdimetmə bacarığının öyrənilməsi, 2. “Ən” interaktiv oyun, 3. Verilmiş atalar sözünü tamamla, 4. Vətənimizin təbiətini birlikdə öyrənək, 5. “İlk” nteraktiv oyun, 6. Verilmiş personajların hansı nağıla aid olduğunu tapın əyləncəli proqramı uşaqların könlünü oxşamasına nail oldu. Assosiasiyanın sədri Ayaz Hüseynov Maariflənmə rubrikasına aid “Mən dişlərimə necə qulluq etməliyəm” mövzunu təqdim etdi. “Əgər mən bir zədə aldımsa, nə etməliyəm” mövzusuna dair təqdimatı isə uşaqların dostu Həzi Əkbərov məsləhətləri ilə balalarımıza bilgilər verdi.
COVİD -19 Koronovirus pandemiyası ilə bağlı canlı görüşlərin məhdudluğuna baxmayaraq, Onlayn görüşlərin davamlı olacağına və tez bir zamanda karantin bitdikdən sonra canlı görüşmək ümidi ilə!
 

Share and Enjoy !

0Shares
0 0