Hazırda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycanın Şimal bölgəsində yaşayan qanda laxtalanma pozğunluğu ilə olan pasientlərin monitorinqini keçirir. Məqsəd, hemofiliyalı və digər qanda laxtalanma pozğunluğu ilə (qanaxmalarla müşahidə olunan) vətəndaşların sağlamlığı haqqında məlumatları əldə etmək və pasientin mövcud sağlamlıq durumuna uyğun müalicəsini təmin etməkdir. Sorğu Amerika Birləşmiş Ştatlarının Milli Hemofiliya Təşkilatının suallarına əsasən tərtib edilib. Sorğu nəticəsində alınan məlumatlar TƏBİB-ə və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ötürüləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu bütün qaydalara əməl edərək sorğu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Quba rayonu Şimal Regional İnformasiya Mərkəzində kecirilir.

 

Share and Enjoy !

0Shares
0 0