Ayaz Hüseynov, Naidə Hüseynzadə, Sənan Aşurov, Yeganə Əzizova

24 iyul 2020-ci il tarixdə Hemofiliyalı pasientlər üçün ilk dəfə ortopediyaya dair Vebinar təşkil edildi.
Azərbaycan üçün çətin dönəm olduğuna baxmayaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyaı və bu sahədə peşəkar həkimlər qan xəstəliyi hemofiliyadan əziyyət çəkən vətndaşlarımızın sağlamlığının keşiyində durur və müxtəlif vebinarlar keçirməklə qanın laxtalanma pozğunluğu ilə vətəndaşalara qayğı və diqqət göstədiklərini davam edirlər.
Vebinarlardan biri oynaqlara qansızmalar nəticəsində əlilliyin qarşısının alınması üçün ortopediyaya dair onlayn konsultasiya təşkil edilmişdir. Vebinarın moderatorları Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasınn hematologiya şöbəsinin müdiri Dr. Naida Hüseynzadə və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov olmuşdur.
Vebinar zamanı Baki Sağlamlıq Mərkəzinin ortopediya və rekonstruktiv cərrahiyə şöbəsinin müdiri ortoped Dr. Sənan Aşirov, Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova müraciət edən 5 nəfər hemofiliyalı pasientə əzələ -skelet bərpası üçün məsləhətlər vermişlər və COVİD-19 Pandemiyası bitdikdən sonra intensiv müalicə tədbiq edilməsi planlaşdırılmışdır. Dr. Naida Hüseynzadə qeyd etmişdir ki, hemofiliyanın müalicəsində kompleks yanaşma mütləqdir. Belə ki, Hematoloq, Fizioterapevt və Ortopedin birlikdə iştirakı böyük əhəmiyyət kəsb edir. Bu kimi vebinarlar bütün Azərbaycan üçün sistematik olaraq təşkil ediləcək.