28-29 may 2020-ci il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının laxtalanma pozuntusu ilə olan qadınlar komitəsinin üzvləri Mədinə Hüseynova və Diləhruz Tarverdiyeva Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi iki günlük onlayn konfransda iştirak etdilər. Vebinarın əsas mövzusu laxtalanma pozğunluğu ilə olan qadın pasientlərin çətinlikləri, müalicələri və kompleks yanaşma mövzuları oldu. Konfransın çıxışçıları:

1) Declan Noon, Avropa Hemofiliya Konsorsiumunun prezidenti, İrlandiya

2) Mişel Lavin İrlandiya Cərrahlar Kral Kollecinin Damar Biologiyası üzrə İrlandiya Mərkəzindəki Koaqulyasiya Hematoloji Tədqiqatının Kliniki direktoru.

3) Karin Van Galen, Hematoloq – məsləhətçi, Hollandiyanın Van Creveldclinik, Utrext Universitetinin Tibb Mərkəzi.

4) Diana Ligezan, Avropa Hemofiliya Konsorsiumunun (EHC) Qadınlar və Qanaxma Komitəsinin üzvü, Rumıniya

5) Debra Pollard, aparıcı tibb bacısı mütəxəssisi, Royal Free Hospital, London, İngiltərə

6) Rezan Abdul-Kadir, Ginekoloq – məsləhətçi. Royal Free Hospitalı, London, İngiltərə.

7) Yannick Colle, Avropa Hemofiliya Konsorsiumunun (EHC) Qadınlar və Qanaxma üzrə Komitənin üzvü, Fransa

8) Naja Skou-Rasmussen, Avropa Hemofiliya Konsorsiumunun (EHC) üzvü, Danimarka.

P.S. #COVİD19 pandemiyası olmasa idi bu konfrans İsveçrənin Bazel şəhərində keçiriləcək idi.

#Hemofiliya #Hemophilia #Pasient #Səhiyyə #Hematologiya #EHC #HemofiliyaAzərbaycan #HemofiliyalıXəstələrinRespublikaAssosiasiyası