Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən ölkə rəhbərliyinə və TƏBİB-ə təşəkkür bildirildi!

Azərbaycan Rəspublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə hemofiliyalı pasientlərə həyati vacib faktor preparatlarının regionlara çatdırılmasına start verildi.

TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyi bu istiqamətdə mühüm addımlar atmış və irsi xəstəliyə düçar olmuş vətəndaşlarımızın sağlamlığının qorunmasında tədbirlər görür və karantin dövrü bitdikdən sonrada ağır gedişli hemofiliya pasientlər xüsusəndə uşaqlar ciddi nəzarətə alınacaq. Onlarda qanaxma və qansızma nəticəsində baş verən ağırlaşmalar sıfıra enəcək və həyat keyfiyyəti yaxşılaşacaq.

Bir həftə ərzində 60 nəfərdən çox regionlarda yaşayan (Ağstafa, Quba, Bərdə, Beyləqan, Gəncə, Masallı, Mingəçevir, Lerik, Xaçmaz, Goranboy, Göygöl, Göyçay, Füzuli, Şəmkir, Zərdab, Zaqatala və sair) hemofiliyalı vətəndaş faktor preparatlarını əldə etmişlər.

Statistikaya əsasən təcili və təxirə salınmaz müalicəyə ehtiyacı olan xəstələrin sayı 213 nəfərdir.
Bununla bağlı ötən həftə TƏBİB-in Operativ Qərargahının əməkdaşları cənab Qasım Əmrahlı, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdində hemofiliyalı və digər laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların müalicə olunduğu Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsinin rəhbəri Dr. Naida Hüseynzadə və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovun aparıcılığı ilə video konfrans keçirilmişdir. Konfransda gələcək perspektivlər, hemofiliyalı vətəndaşların beynəlxalq kriteriyalarla müalicə sisteminin tətbiqi barədə müzakirələr aparılmışdır. Bunun üçün TƏBİB –in sədri cənab Ramin Bayramlı və qurumun operativ qərargahına, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbəri cənab Valeh Hüseynova xəstələr adından minnətdarlığımızı bilidiririk.