01 aprel 2020-ci ildə ilk dəfədir ki, Respublikanın şimal regionunda yaşayan 4 nəfər hemofiliyalı vətəndaşa faktor preparatları yaşadıqları ünvana çatdırıldı.

Hemofiliyalı və digər laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların  yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmasının qarşısının alınması və onlara tibbi xidmətin evlərdə göstərilməsi ilə bağlı 
xüsusi karantin rejiminin gücləndirilməsini nəzərə alıb, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası bildirir ki, Respublika üzrə hemofiliyalı və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara təcili yardım üçün faktor preparatları və tibbi ləvazimatın çatdırılması zəruridir. Bununla bağlı təşkilatın rəhbəri Ayaz Hüseynov könüllü olaraq Respublika Klinik Xəstəxanasından dərman preparatlarını təhvil almışdır və Quba Regional Qan Bankına təslim etmişdir. 

Regionlarda pasientlərin dərman preparatlarına tələbatla bağlı Ayaz Hüseynov vurğuamışdır: “Hal hazırda yüzlərlə pasientin həyati vacib dərman preparatlarına çox ehtiyacı var. Ümid edirəm yaxın günlərdə #TƏBİB pasientlərimizə dərman preparatlarını ünvanlarına çatdıracaq. Əks halda hemofiliyalı pasientlər əlil olacaq və qanaxmalardan tələf olacaqlar. “