“Cənab Prezident İlham Əliyevin təşəbbusü ilə Koronavirusla Mübarizəyə Dəstək fondunun yaradılması ilə bağlı məndə öz biliklərimi vaxtımı və gücümü bu səmtdə istifadə etməyə hazıram!”

Bu fikrləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

O, bildirib ki, “nəzərə alsaq ki, regionlarda irsi genetik xəstəliklərdən əziyyət çəkən pasientlərin dövlət tərəfindən təmin olunan dərman preparatları yalnız Bakı şəhərində verilir və hal hazırda regionlarda yaşayan pasientlər ciddi dərman sıxıntısı ilə üz üzədirlər. Mən səhiyyə sahəsində çalışan vətəndaş cəmiyyətinin rəhbəri olaraq, peşəkar həkimlərlə tibbi ləvazimatları pasientlərin ünvanlarına çatdıra bilərik. Məsələ ilə bağlı artıq Nazirlər Kabineti yanında Operativ Qərargaha nəqliyyat və insan resurslarının hazır olduğunu bildirdik. Hər zaman Cənab Prezident İlham Əliyevin və xalqımızın yanındayıq!”