20.02.2020 tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunda
Azərbaycan Respublikasında hemofiliyalı pasientlərin dərman preparatları ilə təchizat və təminatına dair dəyirmi masa keçirilmişdir.

Dəyirmi masa iştirakçıları Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri, ayrı ayrı hemofiliyalı vətəndaşlar və kiçik yaşlı hemofiliyalı uşaqların valideynləri və 5 dövlət strukturlarının təmsilçiləri ilə aşağıdakı mövzular üzrə
1. Dərman preparatlarının 2020-ci ilə olan təminatı
2. Regionlara dərman preparatlarının əlçatarlıq sisteminin qurulması
3. Yetərincə dərman preparatlarının təminatı
4. Pasientlərin Hematolojı müalicəsi
5. Registr
6. Beynəlxalq Müalicə Protokolu
7. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının imkanları
8. İnhibitorlu xəstələr
9. Digər koaqulopatiyalı xəstələr
10. Rekombinant, plazma faktorları və qeyri faktor preparatlarına dair müzakirələr aparıldı.

Dövlət strukturları adından Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri Elmira Qədimova, TƏBİB in stasionar tibbi xidmətin təşkili bölməsinin müdiri Kamalə Ağayeva, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları Ceyhun Məmmədov və Vüsal Dəmirobv, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölməsi Talassemiya Mərkəzinin baş həkimi Afaq Nəsibova müzakirələr zamanı sualları cavablandırmışdırlar və hemofiliyalı və digər laxtalanma pozğunluğu ilə vətəndaşlara tibbi xidmətinin təkmilləşməsi və həyati vacib dərman preparatları ilə təchizat və təminat sahəsində perspektivlər açıqlanmışdır.

Bu mövzuda olan Dəyirmi Masa ilk addımdır və gələn addımları irəliləmək üçün dəyirmi masaların keçirilməsi davam edəcək.

Qeyd edək ki, hal hazırda hemofiliyalı, digər laxtalanma pozğunluğu ilə vətəndaşlarımız , xüsusəndə regionlarda yaşayan kiçik yaşlı uşaqlar həyati vacib dərman preparatları ilə kifayət qədər təmin edilmirlər və ağır vəziyyətdə stasionar şəraitdə müalicə alırlar. Bu vəziyyət artıq 2006-cı ildən dövlət büdcəsindən maliyyələşən Dövlət Proqramının iflasına döğru yönəlmişdir.

Dünyanın inkişaf etmiş ölkələrində qeyd olunan həyati vacib preparatlar hesabına 1 nəfərdə olsun hemofiliyalı uşaqlar və yaşlılar stasionar müalicə almırlar!!!

#Hemofiliya #Hemophilia #Səhiyyə #TƏBİB #Pasient