Bu ilin son regional Konfransı Gəncədə reallaşdı.
 
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2019-cu ildə təşkil etdiyi tədbirlərindən biri 21 dekabr tarixdə Gəncə şəhərində keçirilən III Regional Konfrans iştirakçılarının sayına görə rekord həddə çatmışdır.
Gəncə Basar regionuna təhkim olunan Göy Göl, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Şəmkir, Goranboy, Tər Tər, Kəlbəcər, Xocalı, Naftalan rayonlarında fəaliyyət göstərən tibb mütəxəssisləri üçün Hemofiliyaya dair III Regional Konfrans keçirilmişdir.
HXRA Azərbaycanda qanaxma pozğunluğu olan xəstələrin müalicəsi və qayğısında fəaliyyət göstərən ixtisaslaşmış həkimləri toplamışdır.
Konfransın proqramında əsas sahələri əhatə edən hematoloq və fizioterapevt tərəfindən hemofiliyaya kompleks yanaşma ilə əzələ-dayaq sisteminə aid və hemofiliyanın ağırlaşmalarına dair təqdimatlar olmuşdur.
Konfransdan sonra Bakıdan gələn həkimlər Gəncə şəhər 1 saylı Xəstəxananın həkimləri ilə birgə regionda yaşayan hemofiliyalı uşaqları müayinə etdilər.
Konfransda beynəlxalq kriteriyaların tələblərinə uyğun təqdimatlarla
1. Dr. Tükəzban Məmmədova – Gəncə şəhər 6 saylı poliklinikanın terapevtik şöbəsinin müdiri
2. Dr. Sevil Cəlilova – Respublika Talassemiya Mərkəzinin hematoloqu
3. Süsənbər Musayeva – Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanasının fizioterapiya şöbəsinin həkim fizioterapevti
4. Sənan Aşirov – Bakı Sağlamlıq Mərkəzinin Ortopediya şöbəsinin müdiri
5. Gülşən Müzəffərova – Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin həkim fizioterapevti
6. Gülnarə Hüseynova – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri çıxış etmişlər.
Təşkil olunan konfranslar mütəxəssislər arasında körpünü təmin etmiş, bu sahədə ən yaxşı və parlaq yeni yanaşmaları nümayiş etdirmişdir.