27 iyun 2019 –cu il tarixdə Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə Azərbatcan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Milli Ortopedik Simpozium (MOS) öz işinə başlayıb.

Hemofiliyanın əsas və yayılmış fəsadlarından olan hərəkət – dayaq sisteminin patalogiyası, əzələ atrofiyasnın qarşısının alınmasında dünya ortopedlərin bu sahədə təcrübə mübadiləsinə böyük ehtiyac olduğu üçün.

“Hemofiliyalı Xəstələr” İctimai Birliyinin dəvəti ilə 27 iyun 2019-cu il tarixdə müxtəlif ölkələrdən (Macarıstan, Makedoniya, Rusiya, Qırğıstan, Özbəkistan) olan tərəfdaşlarının iştirakı ilə Milli Ortopedik Simpoziumun təşkili və Azərbaycanda qanaxma pozğunluğu olan xəstələrə Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsində konsultasiyalar keçirməyi planlaşdırılır.
Simpoziumda qeyd edilən mütəxəssislər Dr Elmira Gədimova, Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə üzrə Dövlət İnstitutunun Hematologiya şöbəsinin müdiri, Yulian Tsolov, Dünya Hemofiliya Federasiyasının Avropa və Mərkəzi Asiya regional direktoru, Dr. Nadejda Zozulia, Rusiya Federasiyası Moskva şəhəri Hematoloji Milli Tibb Tədqiqat Mərkəzinin Koagulopatiya şöbəsinin müdiri, Dr. Timur Narbekov, Qırğızstan Respublikası Səhiyyə Nazirliyi Milli Onkoloji və Hematoloji Mərkəzinin, Hemofiliya Müalicə Mərkəzinin, Yetkin xəstələrin Hematoloji şöbəsinin koordinatoru, Dr. Lajos Bartha, Semmelvays Universitetinin Ortopediya şöbəsi və Macarıstanın Budapeşt şəhərində Kompleks Hemofiliya Müalicə Mərkəzi, Dr. Egana Əzizova,Mir Qasımov adına Fizioterapiya şöbəsinin müdiri, Dr.George Kocsis, Budapeşt, Macarıstan Semmelvays Universiteti Ortopediya Bölümünün dosenti təqdimatlar edilmişdir və Simpoziumun iştirakçıları Respublika Talassemiya Mərkəzinin, Hematologiya və Transfuziologiya İnstitutunun Mir Qasımov adına Respublika Kliniki Xəstəxananın hematologiya şöbəsinin hematoloqları, Elmi Tədqiqat Tavmatologiya İnstitutunun ortoped və travmatoloqları ilə mövzu ətrafında sual –cavablarla təcrübə mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Azərbaycanda lk dəsəfə Ortopedik Simpozium 2008-ci ildə Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində GAP Proqramı çərçivəsində keçrilmişdir. Məqsəd irsi qan xəstəliyi hemofiliyaya düçar olmuş şəxslərə Dövlət Proqramında nəzərdə tutulmuş dövlət qayğısını artırmaq, hemofiliyalı vətəndaşlara tibbi xidməti kompleks yanaşma ilə onların həyat keyfiyyətini yüksəltməkdir.
Milli Ortopedik Simpozium Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil proqramı üzrə 7 balla akkreditasiya olunub.