21-23 iyun 2019 – cu il 44 Avropa ölkəsini özündə birləşdirən Avropa Hemofiliya Konsorsiumunun növbəti Liderlər Konfransı keçiridi. Azərbaycan nümayəndə heyəti yüksək səviyyədə konfransda iştirak edərək, ölkəni layiqincə təmsil etdi. Konfransda əsas mövzulardan olan hemofiliyanın müasir üsullarla müalicəsi, Villebrand xəstəliyinə xüsusi yanaşma və müalicə, diqər koaqulopatiyalı pasientlər və sair. Konfransda xüsusən Avropa Hemofiliya Konsorsiumunun dəstəyi ilə çəkilən sənədli film “Avropada Hepatit C və Hemofiliya ilə yaşamaq” yer almışdır. Filmdə Azərbaycan Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədr müavinidə Ayaz Hüseynov çəkilmişdir. Yekun olaraq konfransdan dünya alimlərinin verdiyi məlumata dair Azərbaycanda seminarların keçirilməsi planlaşdırılır.