Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədi Naminə Konfransda yaxşı səhiyyə və rifah mövzusunda irsi genetik xəstəliklərə və xüsusi ilə hemofiliya xəstəliyinə diqqət ayrılmışdır. Gənclər Təşkilatları Milli Şurası tərəfindən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyəti haqqında qısa metrajlı film çəkilmişdir və Konfrans zamanı nümayiş edilmişdir. Qeyd edək ki Dayanıqlı İnkişaf Məqsədi Naminə konfrans 18 may 2019-cu ildə Azərbaycan Diplomatik Akademiyasında(ADA) təşkil edilmişdir. Konfransda yüksək rütbəli hökümət rəsmi şəxslər iştirak etmişlər. Çıxışçılar arasında Azərbaycan Respublikası Baş nazirin müavini cənab Əli Əhmədov, Azərbaycan Respublikası Gənclər və idman nazir müavini cənab İntiqam Babayev və sair vəzifəli şəxslər olmuşlar. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətinə ayırdığı diqqətə görə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına təşəkkürümüzü bildiririk!