6-7 Mart 2019-cu ildə İtaliyanın Roma şəhərində Pasient Təşkilatları ilə Beynəlxalq Təcrübə Mübadiləsinə dair 11 Konfrans keçirilmişdir.
Konfransın əsas mövzusu “Səhiyyənin Personal yanaşması: bu pasientlər üçün nə deməkdir? ” olmuşdu.

Hər il Pasient Təşkilatları üçün Beynəlxalq Təcrübə Mübadiləsi (IEEPO) kecirilir. Təxminən 60 ölkədən olan iştirakçılar öz təcrübələrini paylaşır, şəbəkələr yaradırlar və ümumi problemləri və müxtəlif mövzular barədə müzakirələr aparırlar. IEEPO-a Azərbaycan nümayəndəsi kimi iştirakımız iki məqsəd daşıyır.. Onlardan biri Azərbaycan nümayəndələri üçün dünyanın xəstə qrupları üçün tipik problemləri müzakirə etmək və digər ölkələrin iştirakçıları ilə Azərbaycan təcrübələrini bölüşməkdir. Birinci məqsəd, Azərbaycan pasientləri üçün dünyanın ən son yeni ideyaları və fəaliyyəti ilə tanış olmaq və Azərbaycan həmkarlarına təqdim etməkdir.
Burada onkoloji xəstəliklər, hemofiliyanın və digər nadir xəstəliklərin müalicəsinə dair müzakirələr aparılmışdır.
Hemofiliyanın ən müasir müalicə üsullarından bəhs edilmişdir.

Emicizumab adlı yeni dərman preparatıının icadı hemofiliyalı pasientlərin həyatının yüksək keyfiyyətli olması üçün yeni dövr başlayır.
Emicizumab İsveçrənin istehsalıdır. Üstünlüyü ondadır ki, ağır gedişli hemofiliyadan əziyyət çəkən uşaqlarımız həftədə 3 dəfə damar daxili yox , ayda bir dəfə əzələ daxili Emicizumab preparatını vurmaqla, sıfır qanaxmaların olmaması ilə tam sağlam həyat yaşayacaqlar.