Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Ayaz Hüseynovun sözlərinə görə, son aylar hemofiliyalı pasientlərin müalicəsi üçün verilən faktor konsentratları ilə əlaqədar pasientlərin şikayətinə əsasən dərmanların çatışmazlığı məlum olub.
Faktor konsentratları ilə müalicənin mütləq olduğu diqqətə çatdıran təşkilat nümayəndəsi bildirib ki,   bu dərmanların hökumət tərəfindən təminatı vacibdir.
Ayaz Hüseynov onu da qeyd edib ki, 2006-cı ildən bu günədək dərman preparatları dövlət büdcəsi hesabına əldə edilibr və bunun nəticəsində hemofiliyalı vətəndaşlarımızın həyat keyfiyyəti 2006-ci ildən öncə illərlə müqayisədə xeyli yaxşılaşmışdır. Nəticədə  ölüm və əlillik 90 faiz azalmışdır.
Sədr müavini məsələnin vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyinin rəsmi şəxsi ilə  də görüşdüyünü  qeyd edib.
Görüşdə hemofiliyalı xəstələr və onların valideynləri tərəfindən haqlı olan şikayətləri diqqətə çatdıraraq bildirilib ki, əgər yaşlı pasientlər faktor konsentratlarını  yetərincə almasalar yataq xəstəsi olmağa, kiçik yaşlı uşaqlar isə əlilliyə məhkum olacaqlar.
Görüşdə nazirliyin nümayəndəsi bildirib  ki, bu çətinliyin aradan qaldırılması istiqamətində hal hazırda işlər aparılır və sentyabr ayından dərman preparatları faktor konsentratlarının pasientlərə verilməsində yaranan  çətinlik aradan qaldırılacaq.