Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının  3 nəfər heyəti avqustun 17-də Naxçıvana səfər edərək,  Muxtar Respublikasının Mərkəzi Xəstəxanasında   görüş kecirilmiş və hemofiliyalı xəstələrlə bağlı tələbatları müəyyən etmişlər. 
 
Səfər  Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İsveçrədə yerləşən  Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə   “Azərbaycanda hemofiliyalı xəstələr üçün fizioterapiya xidmətinin yaxşılaşdırılması və Naxçıvanda Hemofiliya Mərkəzinin təkmilləşməsi” layhəsi  çərçivəsində baş tutub.
 
Layihə çərçivəsində 25 dekabr 2019 -cü ilədək Naxçıvan Muxtar Respublikasında hemofiliyalı xəstələr üçün fizioterapiya xidmətinin təşkili, hemofiliyaya qayğının daha da təkmilləşməsi üçün tibb mütəxəssislərin hazırlığı,  xəstə və ailələrin biliklərinin artırılmısı istiqamətində tədris kurslarının təşkili, hemofiliyalı xəstəliyinə dücar olmuş vətəndaşların və onların ailə üzvlərinin  maarifləndirməsinə dair  seminarların təşkili,  Naxçıvan MR yerləşən Mərkəzi Xəstəxanada müalicə olan hemofiliyalı xəstələr  üçün fizioterapiyaya və diaqnostik laboratoriyaya  müasir avadanlıqların alınması nəzərdə tutulmuşdur.
 
Qeyd edək ki, hemofiliyalı xəstələrin dəqiq diaqnozunu müəyyən etmək və baş vermiş şiddətli qanaxmaların qarşısının alınması üçün müvafiq tədbir görmək üçün  laborator müayinə  böyuk əhəmiyyət kəsb edir.
 
Səfər çərçivəsində  eyni zamanda  Naxçıvan Muxtar Respublikasında yaşayan hemofiliyalı xəstələr haqqında elektron məlumat bazası Naxçıvan Hematologiya şöbəsinə təhvil verilib. Elektron bank hematologiya şöbəsinin müdiri Dr. Xalidə xanım və tibb bacısı Aytən xanım tərəfindən gündəlik olaraq yenilənəcək.
 

Qeyd edək ki,  Azərbaycanda ilk dəfə olaraq hemofiliyalı xəstələrin elektron məlumat bazası 2006-cı ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Ayaz Hüseynov tərəfindən yaradılmışdır. Elektron bazanın mövcudluğu hemofiliyalı xəstələrə olan tibbi xidmət, dərman preparatlarının həcmi, dəqiq diaqnoz , tibbi sosial vəziyyəti haqqında məlumatın operativ şəkildə əldə edilməsini təmin edir. 1997- 2006 -cı illər ərzində toplanan məlumatların elektron şəkildə bankı yaradılmışdır.